Xalqın bütün təbəqələri YAP-a inanır – Məlahət İbrahimqızı

Xəbər - İlhamə İsabalayeva – Trend:

Yeni Azərbaycan Partiyası (YAP) xalq partiyasıdır. YAP-ın ümumxalq partiya olması o deməkdir ki, bu partiya xalqı bir yumruq halında birləşdirir və xalqın bütün təbəqələri bu partiyaya inanır.

Bunu AzerTimes-a müsahibəsində Milli Məclisin deputatı, YAP üzvü Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsi də bir daha bunu göstərdi: “YAP-ın 7-ci qurultayında ölkənin 6 partiyası müraciət edərək bu partıyaya qoşuldu. Ötən dövr bir daha onu göstərir ki, YAP Azərbaycan xalqının alternativi olmayan bir partiyasıdır. Xalqımızın ən ağrılı problemi, şərəfimizdə, qürurumuzda ləkə olan məsələ – işğal altında olan torpaqlarımızın azad edilməsi məhz YAP iqtidarı tərəfindən həll edildi”.

Deputat əlavə edib ki, Azərbaycan xalqı YAP-ın qurucusu olan Heydər Əliyevin parlaq ruhunu hər zaman ehtiramla yad edir, ona minnətdarlığını bildirir. Bu gün bu partiyanın davamçısı möhtərəm Prezident, Ali Baş Komandan, müzəffər Milli Ordumuzun sərkərdəsi İlham Əliyevdir.

Teqlər: