Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: