Xalq rəssamı Tahir Salahov dəfn olunur – CANLI

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn olunur.

AzerTimes-ın məlumatına görə, ötən həftə dünyasını dəyişən rəssam I Fəxri Xiyabanda dəfn olunur.

Dəfn mərasimində Tahir Salahovun yaxınları, rəsmi şəxslər və ziyalılar iştirak edir.

Xatırladaq ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

Teqlər: