Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

Azərbaycanın xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə Report-a aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil:

“Hazırda xəstəxanadayıq. Müayinələri hələ ki, tam bitməyib. Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik”.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Teqlər: