Xalq artisti şəxsi əşyalarını muzeyə bağışlayıb (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov öz təşəbbüsü ilə şəxsi əşyalarını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.

Bu barədə AzerTimes-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, bəstəkarın şəxsi əşyaları muzeyin Hədiyyələr və xatirə əşyaları fonduna yerləşdirilib.


Qeyd edək ki, 25 noyabr 2021-ci il tarixində də T.Bakıxanov bir çox şəxsi materiallarını muzeyə təhvil vermişdi.

Teqlər: