Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Xəbər - Çingiz Səfərli – Trend:

12 yanvar saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə AzerTimes-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.


Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Teqlər: