Xalq artisti Eldar Quliyev reanimasiya şöbəsindən palataya köçürülüb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

İnfarkt keçirərək xəstəxanaya yerləşdirilən xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev reanimasiya şöbəsindən palataya köçürülüb.

Bu barədə AzerTimes-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib. Onun sözlərinə görə, xalq artistinin vəziyyəti stabildir:

“Həkimi bildirib ki, qarşıdakı günlərdə xalq artistinin yenidən müayinə olunub evə buraxılması ilə bağlı qərar veriləcək. Hazırda palata şəraitində reabilitasiya və müalicə prosesləri davam edir”.


Xatırladaq ki, xalq artisti Eldar Quliyev yanvarın 18-i infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Teqlər: