Xadimə işlədiyi evdən 15 min manatlıq qızıl oğurladı

Xəbər - Samir Əli – Trend:

Bakıda təmizlik işlərinə baxan qadın evdən külli miqdarda oğurluq edib.

AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.


Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.

Teqlər: