Keçmiş məhkum 4 kiloqrama yaxın heroinlə ələ keçdi

Xəbər - Samir Əli – Trend:

Bakıda narkotik alverçisi yaxalanıb.

AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Nərimanov RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Məcidov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 835 qram heroin aşkar edilərək götürülüb.

Teqlər: