Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
sahibkarlarla görüşüb. Görüşdə sahibkarlarla yanaşı yerli hüquq
mühafizə orqanlarının rəhbərləri, müxtəlif dövlət təşkilatlarının
rəsmləri, icra nümayədələri və bələdiyyələr iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev son illər Xaçmaz
rayonunda həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat
verib.
Qeyd edib ki, görülən işlərin davamı olaraq hazırda Xaçmaz-Quba
və Xaçmaz şəhərinin Bakı prospektində yolun genişləndirilməsi
eləcədə mövcud sahibkarlıq obyektlərinin fasadının müasir üslubda
yenilənməsi işləri aparılır.
Görülən işlər zamanı müasir memarlıq üslubu qorunmaqla
piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin olunacaq,
müasir gecə işıqlandırılma sistemi yaradılacaq.
Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin
genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək
işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb,
onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə
də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.