Xaçmazda yaşayış binasında yanğın

Xaçmazda yaşayış binasında yanğın

Xaçmazda beşmərtəbəli binada yanğın qeydə alınıb.

AzerTimes xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 74 saylı binanın zirzəmisində baş verib. Yanğından sonra yaşayış binasının bir blokuna tüstü dolub. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Təhlükəsizlik qaydalarına uyğun olaraq tüstü dolan blokun sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın binanın zirzəmisində tüfeyli həyat sürən şəxs tərəfindən törədilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: