Xaçmazda şəhid övladları üçün bayram şənliyi təşkil olunub (FOTO)

Xaçmaz rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə bayram tədbiri keçirilib. Zəfər parkında təşkil edilən
bayram şənliyində şəhidlərimizin övladları, uşaq bağçalarında
tərbiyə alan balaca fidanlar və ibtidai sinif şagirdləri iştirak
edib.

İcra Hakimiyətindən AzerTimes-a verilən məlumata görə, Xaçmaz Rayon
İcra Hakimiyətinin başçısı Elnur Rzayev Zəfər parkını gəzərək
uşaqları təbrik edib. Onlara xoş arzularını çatdırıb. Rayon
ərazisində fəaliyyət göstərən uşaq bağçalarından gələn balacalar
bir-birindən maraqlı səhnələrlə diqqət mərkəzində olublar. Məzmunlu
şeirlər və xorla ifa edilən mahnılar iştirakçılarda xoş ovqat
yaradıb.

İdmançıların nümünəvi çıxışları, məktəblilərin müxtəlif
mövzularda çəkdikləri rəsm əsərləri sakinlər tərəfindən maraqla
izlənilib.

Şəhid anaları uşaqların inkişafı istqiamətində Heydər Əliyev
Fondunun prezidenti, Mehriban xanım Əliyevanın irəli sürdüyü
təşəbbüsləri, görülən işləri yüksək qiymətləndiriblər. Qeyd edilibb
ki, Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə
yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək
standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları
istiqamətində önəmli layihələr həyata keçirir.

Tədbirdə şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin
qiymətli xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda müxtəlif
idman yarışlarında və müsabiqələrdə qalib olan uşaqlar fəxri
fərmanla mükafatlandırılıb.

Bayram şənliyi Zəfər parkında gəzinti, maraqlı konsert proqramı
ilə davam etdirilib. Bayramla əlaqədər olaraq Zəfər parkında olan
bütün atraksionlar gün ərzində ödənişsiz xidmət göstərib.

Teqlər: