Yelo Bankda “Uşaqlar Günü” təşkil edildi (FOTO)

1 İyun Uşaqların Müdafiəsi günü ilə əlaqədar Yelo Bank uşaqlar
üçün əyləncə, bilik və yeni tanışlıqlarla dolu xüsusi gün təşkil
etdi. Tədbir Bank-ın baş ofisində həyata keçirildi. Masterklassla
başlayan tədbirdə mütəxəssisin iştirakı ilə uşaqlara bitkilər
haqqında məlumat, onların əkilməsi və düzgün qulluq qaydaları
öyrədildi. Daha sonra uşaqların yaradıcı potensialının kəşfi üçün
bitkilərə ad verdilər və dibçəkləri boyadılar.

Masterklassın ardınca tədbirin əyləncə hissəsi baş tutdu.
İstirahət otağında yemək fasiləsindən sonra Bankın tədbir zalında
uşaqlar üçün cizgi filmi nümayiş etdirildi. Sonda tədbirdə iştirak
etmiş bütün uşaqlara sertifikat və hədiyyələr təqdim edildi.

Yelo Bank-ın müasir və rahat baş ofisi işləmək, istirahət, eyni
zamanda tədbirlərin təşkili üçün geniş imkanlar yaradır. Bank sahib
olduğu imkanları hərtərəfli dəyərləndirərək müxtəlif tədbirlərin
həyata keçirilməsinə davam edəcək.

Bank xidmətləri, o cümlədən, onlayn
kredit
haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram və ya
Whatsapp hesablarımıza
yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: