Xaçmazda qadını maşın vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş
verib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
aprelin 20-də saat 15 radələrində Xaçmaz rayonunun Xudat şəhəri
ərazisində Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu”
markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurub
və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma
aparılır.

Teqlər: