Xaçmazda növbəti onlayn qəbul keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
videoformatda növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Onlayn
görüşdə əvvəlcədən qəbula yazılan sakinlər iştirak edib.

Müraciətlər işə bərpa olunma, pensiya və müavinətlərin təyinatı,
kəndlərarası və məhəllə daxili yolların təmiri, işıq, qaz, su ilə
təchizat eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb.
Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara
yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.

Teqlər: