Xaçmazda münaqişə: qadın öldürüldü, əri yaralandı

Xaçmazda münaqişə: qadın öldürüldü, əri yaralandı

Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Aynurə Abdulla qızı Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Şamil Mirzəbəy oğlu Turabovun xəsarətinin olması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.

Araşdırma aparılır.

Teqlər: