Xaçmazda mikroavtobus körpüdən aşdı – Foto

Xaçmazda mikroavtobus körpüdən aşdı – Foto

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, “Ford” markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: