Xaçmazda karantin qaydalarını pozan çay evi aşkarlandı: 6 nəfər saxlanıldı (FOTO)

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.


Ümumilikdə 6 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Teqlər: