Xaçmazda ev yanıb

Xaçmaz rayonunun Köhnə Xudat kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ümumi sahəsi 120 kv.m olan (hər mərtəbəsi 60 kv.m) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: