Xaçmazda elektrik enerjisinin verilişi bərpa olundu

Xaçmazda elektrik enerjisinin verilişi bərpa olundu

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi səbəbindən elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb.

AzerTimes xəbər verir ki, müvafiq dövlət qurumlarının nümayəndələri gecə saatlarında əraziyə cəlb olunub və qəzanın nəticələri aradan qaldırılıb. Elektrik enerjisi və internetin verilişi bərpa olunub.

Qeyd edək ki, yanvarın 4-ü gecə saatlarında “Ford” markalı yük avtomobilinin kommunikasiya dirəklərinə çırpılması nəticəsində Xaçmaz şəhərinin böyük bir hissəsində işıqlar sönmüşdü.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: