Xaçmazda birmərtəbəli ev yanıb

Xaçmaz rayonunun Bayoba kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: