Xaçmaz Rayon İcra Hakimiyyətində 5 mart – Bədən Tərbiyəsi və
İdman Günü münasibətilə bir qrup idmançı və onların məşqçiləri ilə
görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar günlə
əlaqədar idmançıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar
arzulayıb. İcra başçısı bildirib ki, ölkəmizdə idman siyasətinin
təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət
hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm
verən Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı
istiqamətində kompleks tədbirlər həyata keçirir, idmanın inkişafı
istiqamətində mühüm qərarlar qəbul edir.
Görüşdə qeyd olunub ki, ötən il Xaçmaz idmançıları beynəlxalq
yarışlarda ölkəmizi layiqincə təmsil edərək 4 qızıl və 1 gümüş
medal qazanıb. Respublika yarışlarında 100-ə yaxın xaçmazlı
yeniyetmə və gənc müxtəlif əyyarlı medallar əldə edib.
İdmançılar və məşqçilər ölkəmizdə idmanın inkişafına göstərilən
dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.
Görüşün sonunda idman sahəsində əldə etdikləri yüksək
nailiyyətlərə görə bir qrup idmançı və onların məşqçilərinə Xaçmaz
Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə
hədiyyələri təqdim olunub.