Xaçmazda azyaşlını cərəyan vurub öldürdü

Xaçmazda azyaşlını cərəyan vurub öldürdü

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 2007-ci il təvəllüdlü Seyidəli Elnur oğlu Xəlilovu həmin ərazidə pivə soyuducusundan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: