Xaçmazda 50 yaşlı qadın faciəvi şəkildə öldü

Xaçmazda 50 yaşlı qadın faciəvi şəkildə öldü

Xaçmaz rayonunda 50 yaşlı qadın ağacdan yıxılaraq ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tel kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1972-ci il təvəllüdlü Pərvanə Teyfur qızı Əhmədova ehtiyatsızlıqdan ağacdan yıxılıb. Bu zaman ağacın altındakı istifadəsiz qalan soyuducunun üzərinə düşüb. Daha sonra o, şüşə qırıntılarından ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, P.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

O, qanitirmədən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: