Xaçmazda 20-dən çox kənd elektriksiz qaldı

Xaçmazda 20-dən çox kənd elektriksiz qaldı

Xaçmaz rayonunun 20-dən artıq kəndi elektrik enerjisiz qalıb.

AzerTimes xəbər verir ki, gündüz saatlarından etibarən rayonda baş verən yanğından sonra kəndlərdə hazırda elektirik enerjisi yoxdur.

Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Ruhin Məmmədov Report-a bildirib ki, ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlərdə elektrik enerjisi yoxdur.

Qeyd olunub ki, yaranmış qəza ilə əlaqədar elektrik xətti gərginlikdən ayrılıb.

Qəzanın aradan qaldırılması üçün işlər aparılır, şəbəkənin birqadaları əraziyə səfərbər olunublar və yaxın vaxtlarda işlər tamamlandıqdan sonra kəndlərin elektrik enerjisi bərpa olunacaq.

Teqlər: