Xaçmaza toya gedənlər qəzaya düşdü: ölü və yaralılar var

Xaçmaza toya gedənlər qəzaya düşdü: ölü və yaralılar var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, VAZ-2104 markalı minik avtomobili Xudat-Qusar yolunun Yalama kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan Qusar rayon sakini 1976-cı il təvəllüdlü Asəf Şafi oğlu Hacıyev hadisə yerində ölüb.

Onun sərnişini 1975-ci il təvəllüdlü Ramiddin Yaramməd oğlu Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

A.Hacıyevin meyti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: