Xaçmaz sakini xalasının evini qarət edib

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş
verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış
tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə
əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli
bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon
ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor,
su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal
aparatı və s. bu kimi müxtəlif növ əşyalar oğurladığı müəyyən
edilib.

Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi
ilə xalasına məxsus evə daxil olaraq oradan ümumilikdə 5800 manat
dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: