Xaçmaz RİH başçısı Qıraqlı kəndində ağsaqqallarla görüşüb (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elnur Rzayev Qıraqlı kəndində ağsaqqallarla görüşüb.

AzerTimes-ın məlumatına görə, görüşdə kəndin potensial imkanları eləcədə əhalinin narahat edən məsələlər müzakirə olunub.

Rayon rəhbərliyi son illər Xaçmaz rayonunda həyata keçirilən abadlıq quruculuq eləcədə əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıq olan Qıraqlı kəndində əhalinin rifah halı ilbəil yaxşılaşır. Kənddə meyvə bağlarının ərazisi genişləndirilir. Ağsaqqallar əvvəlki illərdən fərqli olaraq suvarma suyu sarıdan çətinliklərinin olmadığını və nəticədədə məhsul bolluğu yarandığını diqqətə çatdırıblar. Kənd sakinləri daxili yolların təmirini eləcədə elektrik təsərrüfatının yenilənməsi kimi məsələləridə gündəmə gətiriblər. Elnur Rzayev səsləndirilən mürcaiətlərin mərhələli şəkildə həll olunacağını vurğulayıb.

Görüşdən sonra rayon rəhbərliyi Qıraqlı kəndində şanlı zəfərimizin şərəfinə salınan yeni parkla tanış olub. Parkda zəfər simvolumuza çevrilən “Xarıbülbül”ə abidə qoyulub. Sakinlərin və kəndə gələn qonaqların sevimli istirahət məkanına çevriləcək parkda görülən işlər yüksək qiymətləndirilib. 400 kvadratmetr ərazisi olan istirahət məkanında dekorativ ağaclar və güllər əkilib, daş cığırların üzərinə oturacaqlar qoyulub. Park sakinlərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı zəfər tariximizin gələcək nəsillərə ötürlməsi və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynayır.

Teqlər: