Mühəndis Qoşunlarının təlim kursları keçirilir (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bu gün Qaradağ rayonunun Səngəçal qəsəbəsində Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının “N” saylı hərbi hissəsində təlim kursları davam etdirilib.

AzerTimes-ın məlumatına görə, kurslarda minatəmizləmə texnika və qurğularının texniki xüsusiyyətləri, texnikaların istismarı, praktiki işləməsi və mina sahəsində partlayışların icrası ilə bərabər qəbulu nümayiş etdirilib. Minatəmizləmə texnikaları kurslarda minaların aşkarlanması və zərərsizləşdirilməsinə cəlb olunub.

Məlumata görə, kurslara cəlb olunan heyətlər sonda serfikatlaşdırılacaq.

Teqlər: