Xaçmaz rayonunda yeni məktəb binası istifadəyə verilib (FOTO)

8 noyabr Zəfər Günü ərəfəsində, Xaçmaz rayonunda şəhid Qürbət Babayev adına Xudat kənd ümumi orta məktəbi üçün 124 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib.

Xaçmaz RİH-dən AzerTimes-a verilən məlumata görə, məktəbin açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müəllim və şagirdləri qarşıdan gələn Zəfər Günü və yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Qeyd olunub ki, Xaçmaz rayonunda son iki ildə 10 məktəb yenilənib. Rayonun Qımıl Qışlaq kəndinin şagirdləri isə bu tədris ilindən başlayaraq yeni məktəbdə təhsil alırlar. Növbəti il Qusarçay və Palçıqoba kəndlərində də yeni məktəblərin tikiləcəyi diqqətə çatdırılıb.


Məktəbin müəllim kollektivi yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ümumi orta məktəbin yeni binasında 9 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.

Teqlər: