Xaçmaz rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib (FOTO)

Xaçmaz rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə
bayram tədbiri keçirilib.

AzerTimes-ın məlumatına görə, tədbirdə şəhid anaları, şəhidlərimizin
həyat yoldaşları və qız övladları eləcədə müxtəlif sahələrdə
çalışan fəal qadınlar iştirak edib. Bayram tədbirində çıxış edən
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qadınları 8
Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib
ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal
iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi
potensialının artırılması üçün qüvvə və bacarıqlarını
əsirgəməyiblər.

Elnur Rzayev qeyd edib ki, Azərbaycan qadını mərdlik və mətanət
nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə
yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən
bir nəsil yetişdirib.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abbasov, əməkdar
müəllim Mədinə Nurməmmədova və başqaları çıxış edərək ölkəmizdə
uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışıblar.


Vətən sevgisinin hər şeydən üstün olduğunu söyləyən şəhid anası
Tükəzban Əkbərova şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarla fəxr
etdiklərini deyib.

Tədbir yerli incəsənət nümayəndələrinin təqdim etdiyi bayram
konserti ilə davam edib.

Görüşün sonunda şəhid analarına, şəhidlərimizin həyat
yoldaşlarına və qız övladlarına, eləcədə rayonun ictimai-siyasi
həyatında fəal iştirak edən qadınların bir qrupuna Xaçmaz Rayon
İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli xatirə
hədiyyələri, həmçinin bayram mərasimində iştirak edən bütün
xanımlara gül buketləri təqdim olunub.

Teqlər: