Azərbaycanın qadınlar qrupu Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının təsnifatında ikinci yerdə qərarlaşıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət
qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci
dünya yaş qrupları yarışlarında balans hərəkətində çıxışını təqdim
edib.

Trend xəbər verir ki, 13-19 yaş kateqoriyasında mübarizə aparan
qrupumuzun təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 28,250
xalla qiymətləndirilib. Ötən gün temp hərəkətində çıxış edən
gimnastlarımız hakimlərdən 26,870 xal alıblar. İki hərəkətin
cəmində 55,120 xal toplayan qrupumuz hazırda ikinci pillədə
qərarlaşıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Foto: Zaur Mustafayev

Teqlər: