Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələri və
qazilər üçün iftar süfrəsi açılıb.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev,
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon
ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən
şəhidlərimizin əziz xatirəsi yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib
ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı
dünya müsəlmanlarının ən əziz ayıdır. İftar süfrələrinin təşkil
edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib. Həmçinin icra başçısı
vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu
işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və
xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq
qəhrəmanlıq səhifəsi yazıldı.

Çıxış edənlər Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında
şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və
şücaətlərini yüksək dəyərləndiriblər. Müqəddəs Ramazan ayında şəhid
ailələrinə, qazilərə, müharibə iştirakçılarına, dövlət başçımıza,
ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyiblər.

Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət
açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü
olduğu qeyd olunub.

Teqlər: