Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Hülövlü kəndində sakinlərlə görüşüb (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd və
qəsəbələrdə səyyar qəbullarını davam etdirir. Növbəti səyyar qəbul
Hülövlü kəndində keçirilib. Qəbulda Hülövlü İnzibati Ərazi
Dairəsinə daxil olan Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq,
Qardağlı, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və
Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.

Yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət
və digər təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbulda əvvəlcə
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri
dinlənilib. Müraciətlər kəndlərarası yolun təmiri, içməli və
suvarma suyuna olan ehtiyacın ödənilməsi, yeni bağça binasının
inşası, məktəblərin təmiri və digər sosial məsələlərlə bağlı
olub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Səyyar qəbuldan sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev vətəndaşların təşəbbüsü ilə Hülövlü kəndi ərazisində
qədim bulaq kompleksinin mövcud vəziyyəti ilə tanış olub.

İcra başçısı yerdən qaynama üsülü ilə çıxan suyun tərkibinin
müəyənləşdirilməsi və bundan sonra bulaq kompleksinin təmir
edilməsi istiqamətində müvafiq tapşırıqlarını verib.

Teqlər: