Ağdamda çoban minaya düşüb

Ağdam. Trend:

Ağdamda çoban minaya düşüb.

AzerTimes-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə keçmiş təmas
xəttinə yaxın ərazidə baş verib. Belə ki, rayon sakini Bəxtiyarov
Rəşad Murtuza oğlu qoyunları otararkən minaya düşüb.

Yaralanan şəxs Ağdam mərkəzi rayon xəstəxanasına
yerləşdirilib.

Teqlər: