“WhatsApp”da yeni funksiya işə salınır

Xəbər - Orxan Nəbiyev – Trend:

“WhatsApp” messencerində yeni funksiya işə salınır.

AzerTimes-ın məlumatına görə, bu barədə messencerin sahibi olan “Facebook” şirkətindən bildiriblər.

Yeni funksiyaya əsasən, messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək.

İstifadəçinin göndərdiyi foto və ya video fayl digər istifadəçi tərəfindən baxıldıqdan sonra onun yerində “Baxıldı” yazısı peyda olacaq. Bunun üçün “Bir dəfə baxmaq” (“View once”) funksiyasını işə salmaq kifayət edəcək.


Bu funksiyanın yaxın günlərdə hər kəs üçün işə salınacağı bildirilir.