Yeni nömrəni yeni hesab kimi qeydiyyatdan keçirmək istəyirsiniz
və istəmirsiniz ki, “WhatsApp”da sizə göndərilən fotolar, səsli
mesajlar, videolar silinsin. Bunun üçün nə etmək lazımdır?
Bu yazıda bunu sizə izah edəcəyəm.
1. “WhatsApp”ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə
toxunun. Parametrləri seçin.
2. Növbəti ekranda “hesab” xanasını seçin.
3. İndi “nömrəni dəyişdir” xanasını seçin.
4. Ekranın aşağı hissəsində növbəti seçiminə toxunun.
5. Köhnə telefon nömrənizi, ardınca yeni telefon nömrənizi daxil
edin və saxlamaq üçün “növbəti” düyməsini sıxın.
6. Ən sonda yeni nömrənizə gələn təsdiqləmə kodunu müvafiq
xanaya daxil edirsiniz və həmişə kimi “WhatsApp” aktiv olur.
Məsləhət görülür ki, ehtiyat nüsxəsini (Back up) həyata
keçirəsiniz.