“Western Union” beynəlxalq pul köçürmələri sistemi Rusiya və
Belarusda fəaliyyətini dayandırır.
AzerTimes-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə
şirkətin saytında deyilir.
Şirkət, həmçinin qeyd edir ki, son həftələr ərzində onun
komandası ukraynalı müştərilərə, o cümlədən, məcburi köçkünlərə hər
cür dəstək vermək üçün çalışır. Buraya humanitar yardım səylərini
və pulsuz pul köçürmə xidmətlərini dəstəkləmək üçün ianələr
daxildir.