Vyanada əldə olunacaq istənilən razılaşma sanksiyaların ləğvini ehtiva etməlidir – İran prezidenti

Vyanada əldə olunacaq istənilən razılaşma sanksiyaların ləğvi,
etibarlı təminatların verilməsi və siyasi suallar və iddiaların
dayandırılmasını ehtiva etməlidir.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu İran
prezidenti İbrahim Rəisi fransız həmkral Emmanuel Makronla telefon
danışığı zamanı bildirib.

O, qeyd edib ki, İran danışıqlar zamanı konstruktiv təkliflərlə
çıxış edib və digər tərəflərin təkliflərini iranlıların maraqlarına
uyğunluq kontekstində nəzərdən keçirib.

“İran nümayəndə heyəti dəfələrlə bəyan edib ki, iranlıların
hüquqlarını təmin edən və müdafiə edən təşəbbüsləri alqışlayır.
siyasi təzyiqlər və ya iranlılara təzyiq göstərmək üçün bəyanatlar
razılaşma əldə olunmaq perspektivini sarsıdır”, – İ. Rəisi
bildirib.

Teqlər: