Avropa Birliyinin (AB) ən güclü ölkələrinin nümayəndələri Kosova probleminin tez həllini istəyirlər.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, AB ölkələri hazırda Avropada müharibə olduğunu irəli sürərək yeni münaqişələrə ehtiyacın olmadığını bildirirlər:
“Bir daha bəyan edirəm ki, Serbiya Kosovanın müstəqilliyini tanımayacaq. Avropada yenidən müharibə istəməyən böyük dövlətlər Belqrad və Priştina arasında əldə edilə biləcək həll yolu ilə Rusiya Prezidenti Vladimir Putin üçün hüquqi presedent yaratmağı hədəfləyirlər”.