İlin sonunadək nə qədər məktəb bərpa ediləcək?

İlin sonunadək nə qədər məktəb bərpa ediləcək?

Ölkəmizdə son illərdə tikilən məktəblər müasir standartlara tam cavab verir.

AzerTimes xəbər verir ki, bunu Azərtac-a müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

“Biz ümumilikdə məktəblərdə 3 D printerlərin, kompüterlərin sayını artırmağa çalışırıq, heç olmasa, robototexnikanın da bəzi elementlərini məktəblərə veririk. Cari ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən 61 məktəbin tikilməsi planlaşdırılır ki, onlardan da 30-u modul tiplidir. Ümumilikdə Heydər Əliyev Fondu, Bakı Şəhər İcra Hakimiyyəti, MİDA və digər qurumlar tərəfindən məktəblər tikilir, bərpa olunur. Belə ki, 70-dən artıq məktəbin bərpası və yenidən tikilərək yararlı bir şəkildə təhsil sisteminə qaytarılması planlaşdırılır”, – nazir əlavə edib.

Teqlər: