Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya səfiri Aleksandr Botan-Xarçenko ilə görüşündə Kosovo və Metoxiya məsələsində Moskvanın Belqrada göstərdiyi köməyə görə təşəkkür edib.
AzerTimes xəbər verir ki, bu barədə Serbiya prezidentinin mətbuat xidmətindən bildirilib.
“Prezident Vuçiç bir daha Serbiyanın regionda sülh və sabitliyin keşiyində dayandığını, beynəlxalq hüquqa hörmətin tərəfdarı olduğunu bildirib”, – məlumatda qeyd olunub.