Xankəndidən imkanlı ermənilər belə qaçır – Fakt

Xankəndidən imkanlı ermənilər belə qaçır – Fakt

Beynəlxalq Qırmızı Xaç Komitəsinin aksiya ərazisindən keçirərək, Xankəndidən İrəvana apardığı “xəstələrlə” bağlı bu gün yayılan məlumatlar təzadlı olması ilə ciddi şübhələrə yol açıb.

AzerTimes xəbər verir ki, daşınan “xəstələrlə” bağlı iki fərqli rəsmi xəbər yayılıb.

Məsələn, Beynəlxalq Qırmızı Xaş Komitəsinin Ermənistandakı nümayəndə heyətinin proqram direktoru Zara Amatuni rəsmi açıqlamasında bildirib ki, bu gün də Xankəndidən 5 xəstə İrəvana gətirilib. Yeri gəlmişkən, dünən də BQXK 5 xəstənin aparıldığını elan etmişdi. Zara Amatuni deyib ki, bununla da indiyə qədər Xankəndidən İrəvana gətirilən “ağır xəstələr”in sayı 31-ə çatıb.

Ermənistan Səhiyyə Nazirliyi isə bu gün rəsmi açıqlamasında elan edib ki, Qırmızı Xaç Komitəsinin xətti ilə bu gün Xankəndidən İrəvana gətirilən 4 ağır xəstə xəstəxanalara yerləşdirilib və beləliklə də indiyə qədər Xankəndidən gətirilən xəstələrin sayı 28-ə çatıb.

Göründüyü kimi, bugünkü fərq bir nəfər, ümumilikdə isə 3 nəfərdir.

BQXK-nin yalan informasiya yaydığını ehtimal etmək çətindir – ortada qeydiyyatdan keçən şəxslər, adlar var; Ermənistan Səhiyyə Nazirliyini də yalan yaymaqda ittiham etmək olmur – xəstəxanaya neçə nəfər yerləşdirilibsə, o rəqəmi də açıqlayır.

Belə görünür ki, Xankəndidə “ağır xəstə” olması barədə saxta arayış alıb, BQXK-nin maşını ilə İrəvana gedənlər var. Onlar İrəvana çatan kimi xəstəxanaya yerləşdirilmir və aradan çıxırlar. Buna görə də Xankəndidən aparılan “ağır xəstələr”lə İrəvanda xəstəxanalara yerləşdirilənlərin sayı arasında fərq yaranır.

Saxta arayış alanların isə imkanlı olduğuna heç bir şübhə yoxdur.

Yada salaq ki, bir müddət öncə 1934-cü ildə Bakıda anadan olan, 1989-1991-ci illərdə keçmiş SSRİ-nin geologiya naziri işləmiş Qriqori Qabrielyants Xankəndidən “koronaya yoluxduğu üçün” qaçmışdı. Onun Xocalı aeroportundan qaçarkən bir çamadan pulla getdiyi bildirilirdi. Qeyd edilirdi ki, sülhməramlılar “ağır xəstə” olan Qabrielyatsı helikopterlə Xocalı aeroportundan təxliyə etmək üçün Azərbaycan tərəfindən icazə alıblar.

Qabrielyants isə əlbəttə ki, İrəvanda hər hansı xəstəxanaya yerləşdirilməmişdi.

Teqlər: