VTB (Azərbaycan) uşaq əmanəti üzrə gəlirliliyi 11%-ə qədər artırıb

VTB (Azərbaycan) Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə keçirilən aksiya çərçivəsində manatla açılan “Uşaq
Əmanət Hesabı”nın tarifini 0,5% artırır. İndi əmanət üzrə
gəlirlilik vəsaitlərin yerləşdirilməsi müddətindən asılı olaraq
9,5%-dən 11%-ə qədər olacaq.

Əmanəti yetkinlik yaşına çatdıqda ondan istifadə edə biləcək
uşaq üçün valideyn və ya qəyyumun adına aça bilərsiniz. Minimum
məbləğ 100 AZN-dir. Əmanəti istənilən vaxt artırmaq olar – minimum
məbləğ 5 AZN təşkil edir. Yerləşdirmə müddəti 1 ildən 18 ilə
qədərdir. Aksiya iyunun 1-dən 30-dək davam edəcək.

“VTB (Azərbaycan) sosial məsuliyyətə xüsusi diqqət yetirir. Bank
mütəmadi olaraq uşaqlar üçün maliyyə savadlılığı üzrə təlimlər
keçirir və uşaq idmanına fəal dəstək verir. Biz həmçinin xüsusi
məhsullar üzərində işləyirik: ilin əvvəlində biz Uşaq Əmanət
Hesabını işə saldıq. Bu, valideynlərə övladının gələcəyi üçün
kapital formalaşdırmağa kömək edir, həmçinin yetkinlik yaşına
çatdıqda uşağın maliyyə müstəqilliyini təmin edir. Beynəlxalq
Uşaqların Müdafiəsi Günü münasibətiylə biz müştərilərimizə
əmanətlər üçün daha əlverişli şərtlər təklif etmək, onun
gəlirliliyini artırmaq qərarına gəldik”, – deyə, VTB
(Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin
direktoru Yevgeni Borodin bildirib.

Siz bankın internet
saytında
əmanət açmaq üçün ərizə göndərə bilərsiniz.
Təsdiqləndikdən sonra müştəri pul vəsaitlərini yerləşdirmək üçün
VTB (Azərbaycan)-ın istənilən filialına gələ bilər.

Teqlər: