“Volvo” iki zavodda istehsalı dayandırır

Xəbər - Orxan Nəbiyev – Trend:

İsveçin “Volvo Cars” avtomobil şirkəti Göteborq və Belçikanın Gent şəhərlərindəki zavodların işini dayandıracaq.

AzerTimes-ın məlumatına görə, qərar maşınların yığılması üçün vacib olan komponentlərin çatışmazlığı ilə əlaqədar verilib.

Qeyd olunub ki, bununla bağlı adıçəkilən müəssisələrdə avqustun 30-dan sentyabrın 3-dək istehsal prosesinə fasilə veriləcək.


Fasilə dövründə zavodların işçiləri istirahət götürə və ya avadanlıqlara qulluq göstər bilərlər.