Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan
Respublikasının Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.

Söhbət zamanı Prezident Volodimir Zelenski dövlətimizin
başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh
danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi
ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma
görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar
məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Teqlər: