Volnovaxada kadırovçuların olduğu otel vuruldu

Volnovaxada kadırovçuların olduğu otel vuruldu

Bu gün Rusiyanın işğalı altında olan Volnovaxa şəhərindəki “Axtamar” otelində partlayışlar baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Mariupol şəhər rəhbərinin müşaviri Pyotr Andryuşenko deyib.

“Mənbələrimizin məlumatına görə, kadırovçuların yerləşdiyi “Axtamar” oteli vurulub. 10-a yaxın hərbi texnika da məhv edilib. Ukrayna Baş Qərargahından itkilərin sayı ilə bağlı rəsmi xəbərlər gözləyirik”, – Andryuşenko bildirib.

Teqlər: