Slovakiyanın paytaxtı Bratislavada fəaliyyət göstərən “Volkswagen” avtomobil zavodu son bir həftə ərzində ikinci dəfə
işini dayandırır.
Trend-in
məlumatına görə, qərar Ukraynadan elektron komponentlər tədarükünün
dayanması ilə əlaqədar verilib.
Ötən həftənin əvvəlində zavod öz işini üç gün müddətinə
dayandırmış, daha sonra fəaliyyətini qismən bərpa etmişdi.
Qeyd edək ki, Bratislavada 1991-ci ildən fəaliyyət göstərən “Volkswagen” zavodu Avropanın ən iri zavodlarından biridir. 30 il
ərzində zavodda 6 milyondan çox “Volkswagen” qrupuna daxil olan
avtomobil modeli istehsal edilib.