“Patı” satan bacı-qardaş saxlanılıb

Ağstafada narkotik satan bacı-qardaş tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə
görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakini K.Şükürovun idarə
etdiyi “VAZ-2109” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış
zamanı sərnişinləri Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuş
N.Əhmədov və bacısından 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880
qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək
götürülüb.

Araşdırma aparılır.

Teqlər: