Vinnitsada hücum xəbərdarlığı: partlayış səsləri eşidildi

Vinnitsada hücum xəbərdarlığı: partlayış səsləri eşidildi

Ukraynanın Vinnitsa bölgəsində hava hücumu barədə xəbərdarlıq edilib.

AzerTimes xəbər verir ki, bu barədə Vinnitsa vilayəti hərbi administrasiyasının sədri Sergey Borzov məlumat verib.

Hava hücumu barədə xəbərdarlıq edildikdən yarım saat sonra isə bölgədə partlayış səsləri eşidilib.

“Vinnitsa sakinləri, hava hücumu xəbərdarlığı bitənə qədər sığınacaqlarda qalın! Bölgədə hava hücumundan müdafiə sistemi işləyir”, – Borzov bildirib.

Teqlər: